Azərbaycan üçün Jackpot City Casino analizi– Keyfiyyətli Kazino Oyunları və İnanılmaz Promo-aksiyalar

Bol əyləncəli oyunlara sahib təhlükəsiz bir kazino axtarırsınızsa, o zaman doğru ünvandasınız. Çünki Jackpot City Casino yüzlərlə slot, masa oyunu və canlı diler oyunlarına sahib olan və Malta Gaming Authortity tərəfindən lisenziyalaşdırılmış son dərəcə təhlükəsiz bir onlayn kazinodur. Əlbəttə, bu kazinonu seçməyiniz üçün sizi həvəsə gətirəcək başqa cəlbedici xüsusiyyətlər də var. Bunlardan biri kazinonun çox böyük miqdarda xoş gəldin bonus təklifinə sahib olmasıdır. Kazino həm də ani oyun özəlliyinə malikdir və asanlıqla bütün cihazlardan oynanıla bilər. Jackpot City Casino sadə və səliqəli dizaynı, keyfiyyətli müştəri xidmətləri və başqa bir çox özəllikləri ilə də sizi heyran edəcəkdir.

Fantastik Bonus Təklifi
1600$-dək Bonus İlk 4 Depozitdə
18+. Bütün istifadə şərtləri qəbul olunur.
Kazino Reytinqi 4.75/5
Veb-sayt www.jackpotcitycasino.com
Bonus 1600$-dək Bonus İlk 4 Depozitdə
Oyunlar 410+ Slot Oyunları, 45+ Masa Oyunları
Mobil 370+ Mobil Oyunlar
Canlı 59 Canlı Masa
Ən yaxşı Oyunlar Gold Collector, Immortal Romance
Proqram Təminatçısı Microgaming, NetEnt
Ödəniş Üsulları
Visa Neteller
Lisenziya MGA/B2C/145/2007 MGA tərəfindən
Təsis edildi 1998

Jackpot City Onlayn Kazino

Jackpot City Casino-nu Ziyarət Et!

Son Yeniləmə 16.02.2023 Tərəfindən: Ayxan Səmədov

Jackpot City Casino analizində bu onlayn kazino haqqında sizi maraqlandıran bütün məqamlara cavab tapa biləcəksiniz. Biz kazinonun oyun kataloqunu incələyəcək, saytda mövcud olan provayderlərdən, o cümlədən oyun platformasının keyfiyyətindən söz açacağıq. Yazıda xoş gəldin bonusu daxil olmaqla, kazinodakı bütün promo-aksiyalar haqqında da məlumat əldə edə biləcəksiniz.

Biz, həmçinin kazinonun müştəri xidmətləri ilə əlaqə vasitələri və sayt tərəfindən qəbul edilən ödəniş üsulları haqda sizə bilgi verəcəyik. Son olaraq, kazinonun təhlükəsizlik lisenziyalarını, sertifikatlarını nəzərdən keçirəcək və sizə kazino ilə bağlı yekun rəyimizi təqdim edəcəyik. Söz düşmüşkən, bir daha bildirək ki, Jackpot City Casino MGA tərəfindən lisenziyalaşdırılmış qanuni bir onlayn kazinodur.

Jackpot City Casino AZ İcmalı və Ekspert Qərarı

Jackpot City Casino 1998-ci ildə təsis edilmiş MGA lisenziyalı bir operatordur. Sayt istifadəçilərinə 410+ slot oyunları, 45+ masa oyunu, mobil applikasiyada 370+ oyun və 59 canlı kazino oyunu təklif edir. 2024-in xoş gəldin bonusu ilk 4 depozitdə 1600$-a qədər 100% bonus məbləğindən ibarətdir. Jackpot City Casino kəşf edilməyə dəyər mükəmməl bir onlayn kazinodur.

Müsbət və Mənfi Cəhətləri – Bir Azərbaycanlı Oyunçunun Gözündən

Qüsursuz və tam mükəmməl olan bir kazino yoxdur. Jackpot City Casino da daxil olmaqla, hər bir kazino müəyyən avantaj və dezavantajlara sahibdir. Bu səbəbdən seçim etmədən öncə kazinonun üstünlükləri və çatışmazlıqlar ilə mütləq tanış olmaq lazımdır. Sözü çox uzatmadan, sizə Jackpot City Casino-nun müsbət və mənfi cəhətləri ilə bağlı ekspert rəyimizi təqdim edirik:

Jackpot City Casino Üstünlükləri və Çatışmazlıqları
  • Mükəmməl Mobil Kazino
  • Azərbaycan Dilini Dəstəkləməsi
  • Nəhəng Bonus Təklifi
  • Çoxlu Cekpot Oyunları
  • Canlı Diler Oyunları
  • 24/7 Canlı Çat
  • Loto Oyunları Yoxdur
  • Poker Oyunları Azdır
  • Dövriyyə Şərti Çoxdur

Jackpot City Casino analizimizdə kazinonun üstünlük və çatışmazlıqlarını daha detallı bir şəkildə nəzərdən keçirəcəyik. Ancaq bu kiçik cədvəldən də Jackpot City Casino avantajlarinin dezavantajlarla müqayisədə neçə çox olduğunu aydın şəkildə görmək mümkündür. Biz hesab edirik ki, kazinonun üstünlükləri onun dezavantajlarını da tam kompensasiya etmə gücündədir.

Jackpot City Casino Oyunları

🥇 #1 Genesis Casino Oyunu Mega Mollah
🎰 Ən yüksək RTP-li Slot Couch Potato
♠️ Ən Yaxşı Ödənişə Sahib Blackjack Multi Hand Atlantic City Blackjack
⬇️ Aşağı Kassa Avantajına Sahib Rulet European Roulette
🤵 #1 Canlı Diler Oyunu Live Casino Hold’em
⭐ Ən Son Jackpot City Casino Oyunu Plenty of Presents

Jackpot City Casino-nun oyun kitabxanası yüksək keyfiyyətli 500-dən çox oyundan formalaşmışdır. Oyun kitabxanasının böyük bir qismini slot oyunları təşkil etsə də, kazinoda kifayət qədər masa oyunları və canlı diler kazino oyunları da mövcuddur. Oyunlar çeşidli nüfuzlu proqram təminatçıları tərəfindən təmin olunmaqdadır. Kazinoda xüsusən Microgaming oyunlarının zəngin seçimini tapa bilərsiniz.

Canlı kazino bölümü isə Evolution Gaming, Microgaming və Pragmatic Play-ə aid 59 ədəd həyəcanverici oyundan formalaşıb. Bunlarla yanaşı, kazinoda NetEnt, Playtech kimi başqa tanınmış oyun yaradıcılarına məxsus olan maraqlı oyunlar da mövcuddur. Qeyd etmək lazımdır ki, oyunların bir çoxunu siz demo rejimində, hər hansı mərc etmədən yoxlaya bilərsiniz.

Jackpot City Casino oyunları kolleksiyasının səliqəli tərtibatı həm yeni başlayan, həm də təcrübəli oyunçulara rahatlıq təmin edəcək. Burada oyunlar asan naviqasiya olunmaqdan ötəri slotlar, masa oyunları, canlı, video poker və cekpotlar adlı kateqoriyalara birləşdirilib. Saytda turnir həvəskarları üçün aktiv turnirləri kontrol edə biləcəkləri “Turnirlər” adlı ayrıca bir bölüm də mövcuddur.

Jackpot City Casino Slotları – Populyar Oyunlar və Böyük Cekpotlar

Qeyd etdiyimiz kimi, Jackpot City Casino oyunlarının əksəriyyəti slotlardan ibarətdir. Hazırda kazinoda müxtəlif oyun yaradıcılarına aid 400-dən çox oyun mövcuddur. Jackpot City Casino slotlarının çeşidliliyi, keyfiyyəti və başqa özəllikləri bütün slotsevərləri heyran edəcəkdir. Jackpot City Casino-da ən yaxşı slot kazinolarının kolleksiyalarında var olan əksər oyunları tapa biləcəksiniz.

Jackpot City Casino AZ-da milyonlarla uduş fondu olan cekpot oyunları tapa bilərsiniz. Kazinodakı ən məşhur cekpot oyunlarına Wheel of Wishes, Mega Mollah, Poseidon oyunları nümunə göstərilə bilər. Siz bu kazinoda, həmçinin əksər slotsevərin zövq aldığı Wild Catch, Immortal Romance, Olympus, Avalon kimi məşhur slot oyunlarını da oynaya bilərsiniz.

Masa Oyunları, Poz Qazan, Video Poker və Başqaları

Hazırda Jackpot City Casino-da rulet, blackjack, bakkarat və başqa masa oyunlarına aid 45-dən çox oyun vardır. Əgər rulet həvəskarısınızsa, bu kazinoda Avropa, Amerika, Fransız ruleti kimi standart və Sapphire Roulette, Multifire Roulette kimi fərqli rulet çeşidlərində bəxtinizi sınaya bilərsiniz. Təkcə oyun çeşidliliyi Jackpot City Casino-nu ən yaxşı rulet kazinoları sırasına qoymaq üçün yetərlidir.

Jackpot City Casino AZ-da siz rulet oyunları ilə bərabər, 20-dən çox blackjack oyununda da kart oyunları məharətinizi göstərə bilərsiniz. Kazinoda Vegas Strip Blakcjack, Atlantic City Blackjack, Classic Blackjack və başqa blackjack versiyalarına aid oyunlar təklif olunmaqdadır. Məhz belə möhtəşəm təklifinə görə Jackpot City Casino Azərbaycanın ən yaxşı blackjack kazinoları siyahısının ön sıralarında durur.

Jackpot City Casino Masa Oyunları Kataloqu

Əlbəttə ki, Jackpot City Casino-nun masa oyunları seçimi yalnız rulet və blackjack seçimləri ilə məhdudlaşmır. Burada başqa maraqlı oyunlar da tapmaq mümkündür. Məsələn, video poker oyunları sevənlər, operatorun video poker bölməsindəki 9 həyəcvanverici oyunun dadını çıxara biləcəklər. Kazinodada bakkarat oyun növünə də aid bəzi oyunlar var.

Jackpot City Casino oyunlarını nəzərdən keçirdikdə siz Avalon Scratch, Immortal Romance Scratch, Happy Holidays Scratch və Thunderstruck II Scratch kimi Poz Qazan oyunları ilə də qarşılacaqsınız. Bundan əlavə, kazinoda sic bo, keno kimi başqa maraqlı onlayn kazino oyunları da tapa biləcəksiniz. Bir sözlə, Jackpot City Casino sizi darıxmağa qoymayacaq.

Jackpot City Canlı Kazino – Real Kazino Atmosferində Oyna

Jackpot City Casino analizimizə operatorun canlı oyunlar bölməsini incələməklə davam edirik. Jackpot City Casino-da rulet, blackjack və bakkarat aid fərqli çeşiddə canlı masalar mövcuddur. Bu kazinonun oyunları sektorun qabaqcıl provayderləri tərəfindən təmin olunur. Buna görə də kazinoda standart oyunlarla yanaşı, fərqli üslubda olan bir çox canlı diler oyunları da tapa biləcəksiniz. Jackpot City Casino həqiqətən də canlı diler oyunları oynamaq üçün müdhiş yerdir, ancaq başqa alternativləri də gözdən keçirmək niyyətindəsinizsə, Azərbaycanın Top 9 canlı kazinosu yazımıza baxa bilərsiniz.

Jackpot City Casino Applikasiya və Mobil Oyunlar

Artıq kazino həvəskarlarının çoxu sevimli oyunlarını mobil telefonlardan oynamağa üstünlük verir. Əgər siz də belə oyunçulardansınızsa, Jackpot City Casino-nu könül rahatlığı ilə seçə bilərsiniz. Operator hərəkət halında oynamağı sevənlər üçün 370-dən çox oyuna sahibdir. Bu oyunları həm mobil brauzeriniz üzərindən, həm də mobil applikasiyalar vasitəsilə oynamağınız mümkündür. Həm Android, həm də iOS üçün olan mobil applikasiyanı Jackpot City Casino-nun veb-saytından yükləyə bilərsiniz. Daha çox mobil kazino seçimi üçün isə Azərbaycanın ən yaxşı mobil kazinoları səhifəmizə nəzər yetirə bilərsiniz.

Başqa Qumar Oyunları

Biz bu Jackpot City Casino analizində platformada mövcud olan alternativ qumar məhsullarına da baxmaq istəyirik. Jackpot City Casino AZ-da poker həvəskarlarının vaxtını əyləncəli keçirə biləcəyi bəzi poker oyunları mövcuddur. Ancaq təəssüf ki, operator idman mərcləri və binqo oyunlarına sahib deyil. Ümid edirik ki, gələcəkdə operator bu qumar məhsullarını da öz portfoliosuna əlavə edəcək.

Jackpot City Casino- Poker – RNG və Canlı Oyunlar

Jackpot City Casino-da poker oyunları seçiminin çox olduğu deyilə bilməz. Yuxarıda da bəhs etdiyimiz kimi, operator 9 ədəd video poker oyunu təklif edir. Əgər Joker Poker, Deuces Wild Poker, Aces & Faces Poker kimi oyunların fanatısınızsa, operatoru mütləq sınamalısınız. Bundan əlavə, kazinoda canlı oynaya biləcəyiniz bir neçə poker çeşidi də mövcuddur.

Digər Jackpot City Casino oyunları kimi poker oyunlarını da heç bir əlavə proqram yükləmədən, birbaşa veb brauzeriniz üzərindən oynamaq mümkündür. Burada oynamağın avantajlarından biri də hər kəsin büdcəsinə uyğun masa limitlərinin olmasıdır. Poker üçün seçim imkanları məhdud olsa da, Jackpot City Casino poker oynamaq üçün yaxşı bir yer hesab oluna bilər.

Proqram Təminatçısı və Platforma – Tanınmış və Etibarlı Provayderlər

Jackpot City Casino oyunlarının mükəmməlliyinin sirri nədədir? Sirr ondan ibarətdir ki, kazinodakı oyunların hamısı sektorun aparıcı provayderlərindən təmin olunur. Jackpot City Casino az sayda, ancaq ən populyar və ən müvəffəqiyyətli proqram təminatçıları ilə əməkdaşlıq edir. Kazinoda məhsullarını tapa biləcəyiniz oyun yaradıcılarına bu aşağıdakıları nümunə göstərmək olar:

Göründüyü kimi, Jackpot City Casino oyunlarının arxasında sektorun bir çox nəhəng isimləri yer alır. Ona görə də kazino tərəfindən təklif olunan oyunların hər biri yüksək səviyyədə oyun keyfiyyətinə sahibdir. Oyunlar arasında hər cür xüsusiyyətlərə sahib oyunlar tapmaq mümkündür. Üstəlik, oyunları həm masaüstü, həm də mobil cihazlarda əlavə proqram yükləmədən, ani oyun rejimində oynamaq mümkündür.

Azərbaycanlı Oyunçular üçün Jackpot City Casino Bonus və Promoları

Jackpot City Casino-da yeni hesab açan hər bir oyunçunu dəyərli bir xoş gəldin bonusu gözləyir. Belə ki, kazino yeni istifadəçilərinə ilk 4 depozitdə 1600$-dək 100% həcmində bonus məbləği əldə etmə imkanı tanıyır. Bu bonusdan yararlanmaq üçün depozitlərinizi hesabı açdığınız ilk həftədə etməlisiniz. Hər bir depozitinizdə maksimum 400$ əldə etməyiniz mümkündür.

Bu bonusu tələb etmək üçün siz minimum 20$ depozit yatırmalısınız. Xoş gəldin bonusunu nağdlaşdırmaq üçün isə bonus miqdarının 70 mislidək dövr etdirilməsi lazımdır. Nəzərə alın ki, proqressiv (artan) cekpotlar, bütün bakkarat və kraps oyunları, Red Dog və Sic Bo oyunlarının dövriyyəyə töhfə payı 0%-dir. Slotların (bəziləri xaric) töhfə payı isə 100%-ə bərabərdir.

Xoş Gəldin Bonusu 1600$-dək Bonus İlk 4 Depozitdə
18+. Bütün istifadə şərtləri qəbul olunur.

Xoş gəldin bonusu ilə bərabər, Jackpot City Casino oyunçularının başqa bir sıra promo-aksiyalardan da faydalanma imkanı var. Oyunçular hər 4 saatdan bir Bonus Çarxını fırlayaraq, pulsuz fırlatmalar, loyallıq xalları və başqa dəyərli mükafatlar əldə edə bilərlər. Bununla yanaşı, kazinonun hər oyunçuya özəl gündəlik xüsusi bonus təklifləri də olur.

Jackpot City Casino avantajlarindan biri də burada etdiyiniz mərclər üçün loyallıq mükafatları qazanmağınızdır. Deməli, hər mərc etdikdə xallar qazanır və daha sonra bu xalları kazinonun bonus kreditləri ilə dəyişdirə bilirsiniz. Başqa möhtəşəm bonus təkliflərinə də baxmaq istəsəniz, Azərbaycanın ən yaxşı kazino bonusları adlı səhifəmizi incələyə bilərsiniz.

Ödəniş metodları: Azərbaycandan Güvənli Depozit və Pul Çıxarışı Əməliyyatları

Jackpot City Casino AZ-da oynamaq qərarı vermisinizsə, növbəti addım hesabınızı artırmaq olacaqdır. Azərbaycanlı oyunçular bu kazinoya depozit etmək üçün bank kartlarından (Visa və Mastercard) və bir sıra elektron pulqabılarından (Skrill, Neteller və WebMoney) istifadə edə bilərlər. Bütün depozit üsulları üçün minimum depozit məbləği 10$ təşkil edir.

Depozitlərinizi USD, Euro, Rubl və başqa bir çox valyutalarla edə bilərsiniz. Kazinonun “Bankçılıq” bölməsinə daxil olub, istədiyiniz ödəmə üsulunu seçərək və tələb olunan bilgiləri daxil edərək asanlıqla balansınızı artıra bilərsiniz. Etdiyiniz depozitlər dərhal balansınıza köçəcəkdir. Bir dəfə depozit etdikdən sonra, hesabınızı cəmi 3 addımda artırmağa imkan verən “Sürətli depozit” funksiyasından da istifadə edə biləcəksiniz.

  • Visa
  • MasterCard
  • Skrill
  • Neteller
  • WebMoney

Təhlükəsizlik qaydalarına uyğun olaraq Jackpot City Casino-dan pul çıxarışlarınızı yalnız depozit etdiyiniz üsullardan hər hansı biri ilə edə bilərsiniz. Minimum pul çıxarışı 50€ təşkil edir. Lakin maksimum pul çıxarışı üçün operatorun hər hansı bir limiti yoxdur. Jackpot City Casino-da pul çıxarışları üçün oyunçudan hansısa formada komissiya da tutulmur.

Jackpot City Casino bütün pul çıxarışları üçün standart olaraq 24 saatlıq bir gözləmə müddəti təyin edir. Bu ola biləcək fırıldaqçılıq hallarının qarşısını almaq və hesabınızı qorumaq üçündür. Bu müddət ərzində oyunçular istəsələr pul çıxarış tələblərini ləğv edə də bilərlər. Ümumilikdə isə pul çıxarışlarının hesaba köçməsi 2-7 gün ərzində reallaşır.

Müştəri Dəstək Xidməti – Canlı Çat və E-poçt

Jackpot City Casino-da yardıma ehtiyac duysanız, istifadə edə biləcəyiniz iki mümkün əlaqə vasitəsi mövcuddur. Azərbaycanlı oyunçular kazino ilə e-poçt və ya 7/24 rejimdə fəaliyyət göstərən canlı çat vasitəsi ilə əlaqə yarada bilərlər. Lakin təəssüf ki, hazırda kazino ilə birbaşa əlaqə saxlaya biləcəyiniz bir telefon nömrəsi mövcud deyil. Probleminizin sürətli həlli üçün canlı çata müraciət etməyiniz daha yaxşı olacaqdır. Ancaq nisbətən mürəkkəb məsələlər üçün kazinonun elektron poçt ünvanına yazmağınız daha tövsiyə olunandır.

Jackpot City Casino Müştəri Xidmətləri
İş saatları: 24/7
Ən Yaxşı Əlaqə Vasitəsi Pulsuz Zəng Xidməti Mövcud Deyil
Canlı Çat: Var
E-poçt: info@jackpotcity.com
Telefon: Yox
Faks: Yox
FAQ: Var
Oyunçu Rəyi: Nəzakətli və Çox sürətli

Bir problemlə rastlaşdığınız halda operatorun tez-tez verilən suallar- FAQ bölməsini də yoxlaya bilərsiniz. Bu bölmədə oyunçuları narahat edən bəzi ümumi sualların və problemlərin cavabını tapa bilərsiniz. Ancaq Jackpot City Casino-nun FAQ bölməsi elə də geniş olmadığından, burada bütün suallarınıza cavab tapa bilməyiniz mümkün deyil. Amma narahat olmayın, Jackpot City müştəri xidmətləri komandası bütün hallarda probleminizi həll edəcək. Jackpot City Casino analizini yazarkən, müştəri xidmətləri komandasının necə sürətli və peşəkar olduğunu şəxsən özümüz müşahidə etdik.

Azərbaycan üçün Jackpot City Casino Təhlükəsizlik Yoxlanışı – Şirkət Məlumatı, Lisenziyalaşdırma, Sertifikatlar

Jackpot City Casino yarandığı 1998-ci ildən bu yana yüksək təhlükəsizliyi ilə seçilən onlayn kazinolardan biri olub. Kazino qumar həvəskarlarına yaxşı tanış olan Malta Oyun Qurumu tərəfindən verilmiş MGA/B2C/145/2007 nömrəli lisenziyaya sahibdir. MGA tərəfindən tənzimləndiyi üçün kazinoda depozitlərinizin və pul çıxarışı əməliyyatlarının tam təhlükəsiz olmasından, habelə kazinonun sizə qarşı ədalətli davranacağından arxayın ola bilərsiniz.

Bundan əlavə, Jackpot City Casino onlayn oyunların şəffaflığını test edən Londan mərkəzli eCogra şirkətinin təsdiq möhürünə sahibdir. Yəni, Jackpot City Casino oyunlarının hamısında nəticələrin təsadüfiliyini təmin edən RNG adı verilmiş bir alqoritmadan istifadə olunur. Qeyd edək ki, Jackpot City Casino AZ mərkəzi Maltada yerləşən Bayton LTD tərəfindən idarə olunmaqdadır.

  • MGA
  • eCogra
  • Gambling Therapy
  • BeGambleAware
  • GamCare

Jackpot City Casino oyunçularının problemli qumardan uzaq olması yönündə lazımi tədbirləri də görüb. Bu məqsədlə kazino Gambling, Therapy, BeGambleAware və GamCare kimi tanınmış Məsuliyyətli Qumar təşkilatları ilə əməkdaşlıq edir. Kazino oyunçulara depozit limiti təyin etmək, özünü birdəfəlik yaxud müvəqqəti xarici etmək kimi imkanlar tanıyır. Oyunçular, həmçinin qumar davranışlarını dəyərləndirmək üçün özlərini test edə bilərlər.

Bundan əlavə, Jackpot City Casino oyunçuların şəxsi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün ən son SSL şifrələmə texnologiyasından istifadə edir. Jackpot City Casino tanınmış Casino.org veb-saytı tərəfindən “İlin Ən Yaxşı Kazinosu 2019” mükafatına da layiq görülmüşdür. Uzun sözün qısası, Jackpot City Casino-nun Azərbaycandakı ən etibarlı və ən təhlükəsiz kazinolardan biri olduğunu deyə bilərik.

Qanuni Ölkələr

Qlobal səviyyəli bir operator dedikdə ağla gələn ilk isimlərdən biri də, heç şübhəsiz ki, Jackpot City Casino-dur. Bu kazinonun oyunları Azərbaycanla yanaşı, dünyanın başqa bir çox ölkələrindən olan oyunçular üçün də əlçatandır. Əgər sizə maraqlıdırsa, Jackpot City Casino-ya girişin yasaqlanmadığı ölkələrin cüzi bir hissəsi ilə aşağıdan tanış ola bilərsiniz.

  • Pakistan
  • Hindistan
  • İrlandiya
  • Yeni Zellandiya
  • Kanada
  • Estoniya
  • Yaponiya

Jackpot City Casino avantajlari sırasında mütləq qeyd olunmalı şeylərdən biri də, kazinonun veb-saytının Azərbaycan dilinə tərcümə olunmasıdır. Azərbaycan dili ilə bərabər, veb-sayt başqa bir çox dilləri də dəstəkləməkdədir. Hazırda siz mövcud dillər arasında türk, ingilis, rus, ispan, italyan, fransız, ərəb və başqa onlarla dil tapa bilərsiniz.

Araşdırmaçının Rəyi – Bir Çox Avantajları olan Heyranedici Onlayn Kazino

Jackpot City Casino analizinin sonunda sizə yazı boyunca qeyd etdiklərimizin qısa şərhini təqdim edirik. Jackpot City Casino həm təhlükəsizlik, həm də oyunların şəffaflığı baxımından mütəmadi olaraq yoxlanılan etibarlı bir kazinodur. Kazino canlı söhbət vasitəsilə müştərilərə 24/7 xidmət göstərir. Oyunçular burada bazardakı ən yaxşı provayderlərə aid çoxlu möhtəşəm oyunlar tapa bilərlər. Hərəkət halında oynamaq istəyənlər üçün kazinonun əla xüsusiyyətlərə sahib mobil applikasiyaları da mövcuddur. Siz həmçinin kazinoda nəhəng xoş gəldin bonusundan, loyallıq proqramından və başqa cəlbedici promosiyalardan yararlana bilərsiniz.

Ayxan Səmədov
Redaktor və Azərbaycan Kazino Mütəxəssisi

Jackpot City Casino intuitiv platforması, mükəmməl oyunları və unikal bonus təklifləri ilə hər bir kazinosevərin qəlbini fəth edə biləcək fantastik bir onlayn kazinodur.

4.75/5

Jackpot City Casino avantajlari arasında veb-saytın müasir və zövqlü dizaynını, Azərbaycan dilinə tərcümə olunmasını və başqa bir çox şeyləri sadalamaq olar. Operatorun mənfi cəhətləri ilə bağlı əsas diqqqətçəkən məqam isə başqa qumar məhsullarının məhdud sayda təklif olunması idi. Səmimi danışsaq, bonus şərtlərinin bir qədər ağır olduğunu da deməliyik. Kazino oyunları ilə bərabər, başqa qumar oyunları da oynamaq və yüngül şərtlərə sahib xoş gəldin bonusunun həzzini çıxarmaq üçün siz 888casino analizi yazımıza baş çəkə bilərsiniz.

Jackpot City Casino Haqqında Tez-tez Soruşulan Suallar

Bu yazını əvvəldən axıradək səbirlə oxudunuzsa, böyük ehtimalla Jackpot City Casino ilə bağlı çox şey artıq sizə aydındır. Amma bəzi oxuyucularımızın cavabsız qalmış suallarının olması da mümkündür. Ona görə də Jackpot City Casino haqqında oyunçuları ən çox maraqlandıran 10 sualı topladıq və onları qısa şəkildə cavablandırdıq. Bu suallara baxaraq, bəzi suallarınıza cavab tapa bilərsiniz.

1️⃣ Jackpot City Casino Azərbaycandan olan oyunçular üçün qanunidirmi?

Azərbaycanlı oyunçular üçün Jackpot City Casino analizində bəhs etdiyimiz kimi, bu operator Malta Gaming Authority tərəfindən lisenziyalaşdırılıb və fəaliyyəti bu qurum tərəfindən tənzimlənir. Buna görə də bu kazinoda oynayarkən, bütün şəxsi məlumatlarınızın və depozitlərinizin qoruma altında olduğundan tam əmin ola bilərsiniz.

2️⃣ Ən yaxşı Jackpot City Casino oyunları hansılardır?

Sayı 500-dən çox olan Jackpot City Casino oyunları arasında hər kəs öz zövqünə uyğun bir şeylər tapa bilər. Ancaq bu oyunlardan hansılarının daha yaxşı olduğu tamamilə subyektiv məsələdir. Bizim baxış bucağımızdan isə kazinoda mövcud olan ən yaxşı oyunlar Wheel of Wishes, Mega Mollah, İmmortal Romance, Live Casino Hold’em kimi oyunlardır.

3️⃣ Genesis Casino bonusunu necə əldə edə bilərəm?

Jackpot City Casino AZ-da qeydiyyatdan keçdikdən sonra ilk 4 depozitinizdə, hər dəfə 400$ olmaqla 100% həcmində bonus əldə edə bilərsiniz. Bu möhtəşəm xoş gəldin bonusundan istifadə etmək üçün minimum 20$ depozit etməyiniz tələb olunur. Ancaq qeyd etmək lazımdır ki, bu Jackpot City Casino bonusundan yararlanmaq üçün bütün depozitləriniz bir həftə içində edilməlidir.

4️⃣ Jackpot City Casino ödəniş etməyi nə qədər vaxt aparır?

Jackpot City Casino bütün pul çıxarışılarında təhlükəsizlik səbəblərindən dolayı bütün ödəniş üsulları üçün 24 saatlıq standart bir gözləmə müddəti təyin edir. Pulunuzun hesaba gəlib köçməsi isə ümumilikdə 2-7 gün arası çəkir. Kazinodan pul çıxarışı etmək üçün bank kartlarından (Maestro xaric) və elektron pulqabılardan istifadə edə bilərsiniz.

5️⃣ Jackpot City Casino yaxşıdırmı?

Bütün faktorları nəzərə alaraq, ümumilikdə Jackpot City Casino haqda yekun rəyimizin müsbət olduğunu deyə bilərik. Veb-saytlarının, eləcə də mobil tətbiqlərinin dizaynı modern və səliqəlidir. Oyunları bol, xoş gəldin bonusları isə cəlbedicidir. Ancaq bonus şərtlərinin yumşaldılmasının və platformada başqa qumar məhsullarına da geniş yer verilməsinin operatoru daha cazibadər qıla biləcəyini düşünürük.

6️⃣ Mən Jackpot City Casino-da Microgaming oyunlarını oynaya bilərəmmi?

Bəli, Jackpot City Casino-da oynamağa qərar vermisinizsə, sizi Microgaming proqram təminatçısına aid zəngin oyun kolleksiyası gözləyir. Kazinonun, xüsusilə slotlar bölməsində Microgaming oyunlarının böyük payı olduğunu deməliyik. Jackpot City Casino Evolution Gaming, Pragmatic Play kimi başqa populyar oyun yaradıclarına aid çeşidli oyunlar da təklif edir.

7️⃣ Jackpot City Casino-da slotları necə oynaya bilərəm?

Həm kompüter, həm də mobil telefonunuzdan Jackpot City Casino slotlarını həzz alaraq oynaya bilərsiniz. Oynamağa başlamaq üçün sadəcə sevimli slot oyununuza daxil olub, mərc məbləğinizi təyin etmək kifayətdir. Əvvəllər oynamadığınız bir slot oynayacaqsınızsa, real pulla oynamadan öncə demo rejimdə oynayıb, oyunun xüsusiyyətləri ilə ətraflı tanış da ola bilərsiniz.

8️⃣ Jackpot City Casino-da blackjack oynaya bilərəmmi?

Bəli, Jackpot City Casino oyunları içərisində 20-dən çox video blackjack oyunları var. Oyunçular Jackpot City Casino masa oyunları bölməsində Atlantic City Blackjack və Vegas Strip Blackjack kimi bir çox maraqlı blackjack növlərini tapa bilərlər. Eyni zamanda, canlı diler blackjack oyunları üçün də kazino xeyli seçim imkanı təqdim edir.

9️⃣ Jackpot City Casino canlı diler oyunları təklif edirmi?

Jackpot City Casino-da oyunçular 60-a yaxın canlı diler oyununda öz bəxtlərini sınaya bilərlər. Bu Jackpot City canlı oyunlar bölməsi Evolution Gaming, Pragmatic Play və Microgaming kimi ən yaxşı oyun yaradıcıları tərəfindən dəstəklənir. Rulet, blackjack, poker və başqa oyunları real kazino həyəcanı yaşayaraq oynamaq istəyənlər üçün Jackpot City Casino doğru bir seçim olacaqdır.

🔟Jackpot City Casino-nun mobil tətbiqlərmi mövcuddurmu?

Jackpot City Casino-nun həm iOS, həm də Android cihazlar üçün əla keyfiyyətli mobil tətbiqləri mövcuddur. Bu mobil tətbiqləri yükləyərək, getdiyiniz hər yerdən kazinonun mobil oyunlarını oynaya bilərsiniz. Ancaq, əlbəttə, siz Jackpot City Casino mobil tətbiqlərini yükləmədən- elə birbaşa mobil brauzeriniz üzərindən də kazinonun bütün xidmətlərindən istifadə edə bilərsiniz.