22bet Kazino Analizi – Onlayn Qumar üçün Azərbaycandakı Ən Yaxşı Kazino

22Bet yeni bir kazino olmasına baxmayaraq, öz xüsusiyyətləri ilə sektorun ən qocaman operatorlarını da üstələyə biləcək səviyyədə bir kazinodur. Hətta, biz onu bu gün Azərbaycanın ən yaxşı onlayn kazinosu hesab edə bilərik. 22Bet kazino bitkoin daxil bir çox ödəniş üsulları və möhtəşəm bonus və promo-askiyalar təklif edir. Bu kazinoda çoxsayda canlı diler kazino və masa oyunları ilə yanaşı, minlərlə slot oyunu da tapa bilərsiniz. Saytın Azərbaycan dilinə tərcümə olunması və müştəri xidmətlərinin Azərbaycanca xidmət göstərməsi isə operatorun ən önəmli üstünlükdür. Bu 22Bet kazino analizimizi oxuyaraq, operato haqda daha çox təfərrüata yiyələnə bilərsiniz.

AZ-da Ən Yaxşı Kazino
600₼-dək 100% Bonus
18+. Bütün istifadə şərtləri qəbul olunur.
Kazino Reytinqi 5.00/5
️ Veb-sayt www.22bet.com
Oyunlar 600₼-dək 100% Bonus
Games 990+ Slot Oyunları, 60+ Masa Oyunları
Mobil 800+ Mobil Oyunlar
Canlı 350+ Canlı Masa
Ən yaxşı Oyunlar Twin Fruits of Olympus, Fire Joker
Proqram Təminatçısı BetSoft, Microgaming
Ödəniş Üsulları
МastercardBitkoin
Lisenziya 8048/JAZ Curaçao tərəfindən
Təsis edildi 2017

22Bet Onlayn Kazino

22Bet Kazinoda Oyna!

Son Yeniləmə 8.02.2022 Tərəfindən: Ayxan Səmədov

Bu 22Bet kazino analizində operatorda mövcud olan provayderləri və təklif olunan oyunları nəzərdən keçirəcəyik. Əlavə olaraq, 22Bet-də oynaya biləcəyiniz başqa qumar oyunları haqda da məlumat verəcəyik. Müştəri xidmətləri ilə əlaqə vasitələrindən və sayta necə pul yatırıb, necə pul çıxara biləcəyinizdən və başqa bir çox mətləblərdən söz açacağıq.

Lakin bütün bunlardan öncə operatorun təhlükəsizliyi haqda qısaca olaraq sizi bilgiləndirmək istərdik. 22Bet operatoru məşhur Curaçao eGaming Lisenziyasına sahibdir. O, həmçinin daha bir neçə ölkə tərəfindən qumar şirkəti olaraq rəsmi qeydiyyata alınmışdır. Bununla yanaşı, 22Bet istifadəçilərinin şəxsi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün 256 bit SSL şifrələmə texnologiyasından istifadə etməkdədir.

22Bet Kazino Azerbaycan İcmalı və Ekspert Qərarı

22Bet kazino 2018-ci ildə təsis edilmiş Curaçao lisenziyalı bir operatordur. Sayt istifadəçilərinə 990+ slot oyunları, 60+ masa oyunu, mobil applikasiyada 5800+ oyun və 350+ canlı kazino oyunu təklif edir. 2024-in xoş gəldin bonusu 600₼-dək 100% bonus məbləğindən ibarətdir. Heç şübhəsiz ki, 22Bet Azərbaycanın ən yaxşı kazinolarından biridir.

Müsbət və Mənfi Cəhətləri – Bir Azərbaycanlı Oyunçunun Gözündən

Elə bir kazino yoxdur ki, o bütün qüsurlardan xali olsun. Haqqında bəhs etdiyimiz 22Bet də əla bir kazino olmasına rəğmən, müəyyən çatışmazlıqlara sahibdir. Düzdür, operatorun müsbət yönləri mənfilərindən xeyli çoxdur, lakin obyektivlik naminə mütləq mənfilərdən də bəhs etməliyik. 22Bet kazinonun mənfi və müsbət yönləri ilə bağlı ekspert rəyimizlə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

22Bet Üstünlükləri və Çatışmazlıqları
  • Azərbaycan Dilində Sayt
  • Bitkoin qəbul edir
  • Nəhəng Oyun Kolleksiyası
  • Sürətli Depozitlər
  • Manatla Depozit
  • Pulsuz Geri Zəng
  • Dövriyyə Şərti Çoxdur
  • RNG Oyunları Azdır
  • Qısa Bonus Müddəti

22Bet Azerbaycanda əksər kazinoların sahib olmadığı bir çox avantajlar var. Söhbət kazino saytının Azərbaycan dilini dəstəkləməsindən, manatla depozit imkanından, Bitkoinin qəbul edilməsindən, pulsuz geri zəng və daha bir çox unikal xüsusiyyətlərdən gedir. Lakin bonus şərtlərinin bir az yumşaldılması və saytdakı RNG (xüsusən rulet və blackjack) oyunlarının artırılmasının kazinonu daha mükəmməl bir yerə çevirəcəyini düşünürük.

22Bet Kazino Oyunları

🥇 #1 22Bet Kazino Oyunu The Dog House
🎰 Ən yüksək RTP-li Slot Big Bass Bonanza
♠️ Ən Yaxşı Ödənişə Sahib Blackjack VIP Blackjack With Surrender
⬇️ Aşağı Kassa Avantajına Sahib Rulet Classic 1
🤵 #1 Canlı Diler Oyunu Mega Roulette
⭐ Ən Son 22Bet Kazino Oyunu Wanted Dead or a Wild

Daha öncə də bildirdiyimiz kimi, 22Bet onlayn kazinonun ən üstün cəhətlərindən biri burada oyun seçiminin həddən artıq çox olmasıdır. Belə ki, 22Bet-də oynamağa başlasanız 1400-dən çox oyun arasından seçim edə bilərsiniz. 22Bet kazino oyunları kataloqu say kimi keyfiyyət baxımından da möhtəşəmdir. Çünki bu oyunlar sektordakı 30-a yaxın ən yaxşı oyun yaradıcısı tərəfindən təmin olunmaqdadır.

22Bet kazinoda mövcud olan provayderlər arasında Microgaming, Evolution Gaming, NetEnt, 1×2 Gaming kimi kazino həvəskarlarına yaxşı tanış olan bir xeyli isim var. Diqqətinizi çəkən oyunları demo versiyada oynayıb, nə qədər yaxşı olduğunu test edə bilmək imkanınız da var. Oyunları əlavə proqram yükləmədən, birbaşa brauzeriniz üzərindən oynaya bilərsiniz.

Bu kazinoda menyu tərtibatı hər incə detal düşünülərək tərtib edilib. Buna görə istədiyiniz oyunu tapmaq qətiyyən çox vaxtınızı aparmayacaq. Təkmil axtarış funksiyası vasitəsi ilə kateqoriyalara baxmadan da, sevimli oyununuzu sürətli formada tapmağınız mümkündür. Həmçinin, sevimli oyunlarınızı ulduzlayaraq, onları “seçilənlər” bölməsində toplaya bilərsiniz. Növbəti paraqraflarda 22Bet kazino oyunları haqda sizlərə daha detallı bilgilər verəcəyik.

22Bet Slotları – Nəhəng Oyun Kolleksiyası

22Bet kazino Azerbaycanının zəngin slot kolleksiyasında hər növdə slot oyunları tapmaq mümkündür. 22Bet kazino slotları müxtəlif proqram təminatlarına aid 1000-ə yaxın oyundan formalaşıb. Burada tarix, film, meyvə, idman və başqa bir çox mövzulara həsr edilmiş maraqlı oyunlar var. Kazino cekpot həvəskarları üçün də ciddi mükafatları olan çox sayda oyun təklif edir.

Əlbəttə ki, Starburst, Bonanza, The Dog House, Cleopatra kimi əksər oyunçular tərəfindən tanınan və sevilən oyunlar da 22Bet kazino slotları arasında yer almaqdadır. Slotlar bölməsinə gedərək, saytdakı bütün slot oyunlarına göz gəzdirə bilərsiniz. Nə axtarmağınızdan asılı olmayaraq, bu kazinoda onu tapacağınızdan arxayın olun. 22Bet-in indiyədək oynadığınız ən yaxşı slot kazinolarından biri olacağına söz veririk.

22Bet kazino Masa Oyunları Seçimi

22Bet kazino analizində bəhs etmək istədiyimiz növbəti mövzu masa oyunlardır. Bu kazino ümumilikdə 60-dan çox masa oyununu öz platformasında birləşdirməyi bacarıb. Lakin kazinoda RNG rulet çeşidi çox azdır. Canlı ruletsevərlər isə qətiyyən narahat olmaya bilər. Daha bol çeşidli RNG rulet oyunları üçün Azərbaycanın ən yaxşı rulet kazinoları yazımıza göz ata bilərsiniz.

Rulet üçün dediklərimiz eyni ilə blackjack üçün də keçərlidir. Burada canlı blackjack üçün xeyli seçim olsa da, RNG blackjack oyunlarının sayı çox məhduddur. Blackjack həvəskarları kazinoda yalnız Blackjack Switch, 21 kimi bir neçə oyunda şanslarını yoxlaya bilərlər. RNG blackjack sizin üçün vazkeçilməzdirsə, onlayn blakcjack kazinoları arasından daha uyğun bir kazino tapa bilərsiniz.

22Bet Masa Oyunları Kataloqu

RNG rulet və blackjack oyunlarının sayı məyusluq doğursa da, buradakı masa oyunlarının çeşidliliyi sizi sözün əsl mənasında təəccübləndirəcəkdir. Çünki kazinonun “22Bet Games” adlı xüsusi bölməsində əvvəllər qarşılaşmadığınız bir çox masa oyunu ilə rastlaşacaqsınız. Mazetti, Turkish Rummy, Truth or Lie, Card War və başqa bir çox eksklüziv oyunlarla burada fərqli bir qumar təcrübəsi yaşaya bilərsiniz.

Kazinoda həmçinin bir ədəd bakkarat oyunu da mövcuddur. Bu kazinonun masa oyunlarını sevənlər üçün ən unikal cəhəti isə burada nərdtaxta, domino, okey, bura və seka oyunlarının real pullu versiyalarının mövcud olmasıdır. Sürətli oyunlar bölməsindən masa oyunlarını seçərək, bu oyunları görə bilərsiniz. Onu da deyək ki, 22Bet-də masa oyunlarının limitləri hər kəsin cibinə uyğun səviyyədədir.

22bet Canlı Kazino – Ən Yüksək Keyfiyyətli Canlı Oyunlar

22Bet onlayn kazinonun canlı diler oyunlarına aid 350-dən çox seçim mövcuddur. Təbii olaraq, oyunların çoxu blackjack, rulet və bakkarata aiddir. Ancaq saytda fərqli əyləncə axtaranlar üçün də kifayət qədər seçim imkanı mövcuddur. Fərqli bir canlı kazino oyunu oynamaq istəsəniz, Ezugi-nin “Cricket War”, Pragmatic Play-in “Mega Wheel”, Evolution Gaming-in Lightning Dice və başqa onlarla oyunu nəzərdən keçirə bilərsiniz. Oyunların hamısı peşəkar dilerlərin müşayiəti ilə HD keyfiyyətdə yayımlanır. Oyunların sayı və keyfiyyəti baxımından 22Bet həqiqətən də Azərbaycandakı canlı kazinolar arasında ən yaxşılardan biridir.

22Bet Applikasiya və Mobil Oyunlar

22Bet kazinonun oyunlarının çoxu mobilə uyğunlaşırılmışdır və bu oyunları oynamaq üçün xüsusi bir proqram yükləmə zərurəti yoxdur. Mobil telefonunuzun brauzeri ilə kazinonun saytına daxil olaraq, oyunları mini ekranda yüksək keyfiyyətlə oynaya bilərsiniz. 22Bet platforması intuitivdir və saytda gəzmək çox asandır. Bundan əlavə, 22Bet kazinonun mükəmməl xüsusiyyətlərə sahib mobil kazino applikasiyaları da mövcuddur. Android üçün olan tətbiqi kazinonun veb-saytından, iOS üçün olan tətbiqini isə “App Store”-dan yükləyə bilərsiniz. Qeyd edək ki, kazinonun saytı kimi mobil tətbiqləri də Azərbaycan dilini dəstəkləyir.

22Bet-dəki Başqa Qumar Oyunları

Universal bir sayt axtarırsınızsa, çox düşünmədən 22Bet-də qeydiyytadan keçə bilərsiniz. Slot, masa və canlı kazino oyunlarından əlavə olaraq, başqa qumar oyunları üçün də 22Bet gözəl bir məkandır. Adından da anlaşıldığ kimi bu operatorun fokuslandığı əsas qumar məhsullarından biri məhz idman mərcləridir. Burada gün ərzində minlərlə idman hadisəsinə yüksək əmsallarla mərc edə bilərsiniz.

Kazinoda poker həvəskarları üçün də müəyyən qədər oyun seçimi mövcuddur. Binqosevərlər üçün isə oyun sayı məmnun edəcək qədər çoxdur. Bu 22Bet kazino analizimizdə bütün bu oyunları əhatəli formada nəzərdən keçirəcəyik. Əmin ola bilərsiniz ki, 22Bet Azerbaycan hər cür qumar oyunçusu üçün uyğun bir platformaya sahibdir və sizin istəklərinizi qarşılayacaqdır.

22Bet İdman Mərcləri- Azərbaycanlı Oyunçularının Sevdiyi Bukmeker

22Bet-in idman bölməsində inanılmaz sayda seçim mövcuddur. Burada futboldan tazı yarışlarına, basketboldan su polosuna qədər ağlınıza gələcək bütün idman növləri təklif olunur. Əgər e-İdman oyunlarına mərc etməyi sevirsinizsə, saytda sizlər üçün də bol seçim var. Siz burada League of Legends, Valorant, DOTA 2, King of Glory, CS:GO kimi e-İdman oyunları tapa bilərsiniz.

Qeyd edək ki, 22Bet mərc saytında Futbol üzrə Azərbaycan Premyer Liqasının oyunlarına da mərc etmək mümkündür. 22Bet-də mərc etməyin daha bir avantajı oyunların bir çoxunu yüksək keyfiyyətlə canlı izləməyin mümkün olmasıdır. İdman mərcsevərləri üçün saytın bir çox promosiya təklifləri də mövcuddur. Məhz bütün bu üstünlüklərinə görə 22Bet Azərbaycanlı mərcsevərlər arasında ən populyar və sevilən bukmeker kontorlarından biridir.

22bet Poker – Möhtəşəm Oyun Kolleksiyası

Poker pərəstişkarları üçün 22Bet-də yetərincə seçim imkanı mövcuddur. Kazinoda aralarından seçim edə biləcəyiniz bir neçə ədəd RNG poker oyunu təklif olunmaqdadır. Belə ki, kazinonun oyun portfoliosunda İndian Poker, Triple Pocket Holdem Poker, Dürüstlüyə Nəzarət Edilən Poker kimi bir neçə maraqlı və əyləncəli poker çeşidi var.

Operator RNG oyunları ilə yanaşı, canlı poker oyunları da təqdim edir. Qeyd etməliyik ki, 22Bet-də canlı poker oynamaq istəyənlər üçün seçim imkanları daha çoxdur. Burada Ezugi, Evolution Gaming, Atmosfera və Vivo Gaming-ə aid toplamda 10 ədəd canlı poker oyunu var. Bu oyunlar mükəmməl keyfiyyətə, uyğun masa limitlərinə və bir çox yararlı özəlliklərə sahibdir.

22Bet Binqo – Çoxlu Əyləncəli Binqo Otaqları

22Bet kazino Azerbaycan Pragmatic Play Bingo, JDB Bingo, Caleta Bingo, Atmosfera və başqa bir çox provayderlərə aid çox sayda binqo oyununa sahibdir. Binqo oyunlarına Lucky X, Next 6, Bingo 37, Lightning Lucky Six və başqaları nümunə göstərilə bilər. Bu kazinoda mövcud olan oyunların çoxu cəzbedici tematik üslubu və maraqlı xüsusiyyətləri ilə seçilir.

Binqo oyunlarında təcrübəniz yoxdursa və hansı binqo oyununun daha yaxşı olduğuna əmin deyilsinizsə, narahat olmayın. Çünki 22Bet-də binqo oyunlarını pulsuz şəkildə sınamaq imkanınız var. Oyunları sınayın və ən xoşunuza gələni seçin. 22Bet binqo oyunlarını kompüterdən oynamaq üçün hər hansı proqram yükləməyə ehtiyac olmasa da, mobil versiyada oynamaq üçün kazinonun müvafiq mobil tətbiqini yükləməyiniz lazımdır.

Proqram Təminatçısı və Platforma – Bol Çeşid, Geniş Müxtəliflilik

22Bet kazino oyunlarının çoxu Evolutuon Gaming, NetEnt, Pragmatic Play kimi sektorun lider proqram təminatçıları tərəfindən ərsəyə gətirilmişdir. Amma kazino saytında Vivo Gaming, Portomaso, Lucky Streak kimi çox da məşhur olmayan provayderlərin də oyunları mövcuddur. Öz növbəsində bu geniş müxtəliflilik oyunçulara fərqli tərz oyunlarda şansını sınamaq imkanı verir.

Ümumiyyətlə, 30-a yaxın provayderin bu kazinoda cəmlənməsi istədiyiniz cür oyunu tapmağınıza icazə verir. İstər RNG oyunları, istər canlı diler kazino oyunları, istərsə də başqa bir oyun olsun, 22Bet-də mütləq gözlənitinizə uyğun bir oyun tapa biləcəksiniz. 22Bet kazinoda aralarından seçim edə biləcəyiniz bəzi proqram təminatları bunlardır:

22Bet kazino oyunlarının çox böyük hissəsi ani oyun rejimini dəstəkləyir. Yəni, oynamaq üçün hansısa bir proqram yükləmək zərurəti yoxdur. Oyunların çoxu gözəl qrafikaya və bir çox cəlbedici xüsusiyyətlərə sahibdirlər. Onların çoxunu demo versiyada da sınamaq mümkündür. Onu da deyək ki, kazinonun kompüter və mobil versiyası arasında hər hansı nəzərəçarpan keyfiyyəti fərqi mövcud deyil.

Azərbaycanlı Oyunçular üçün 22Bet Bonus and Promoları

Bu kazinoda etdiyiniz ilk depozitinizdə 600₼-a qədər 100%-lik xoş gəldin bonus əldə edə bilərsiniz. Bonusu əldə etmək üçün minimum 2AZN depozit etməyiniz tələb olunur. Balanısınız artırdıqdan sonra bonus məbləği avtomatik şəkildə hesabınıza köçəcəkdir. Bonusu real pul çevirmək üçün isə 50x dövriyyə tələbi şərtini yerinə yetirməyiniz lazım gələcəkdir.

Əgər, bonus məbləği ilə “22Bet games” bölməsindəki oyunları oynasanız, etdiyiniz mərclər ikiqat hesablanacaqdır. Kazino bonusu ilə oynanılan zaman bir dəfəyə maksimum 5$ mərc məbləği təyin edə bilərsiniz. Bonusun etibarlılıq müddəti isə bir həftə təşkil edir. Nəzərə alın ki, bu müddət ərzində bonusları istifadə etməsəniz, hesabınızdan silinəcəkdir.

Xoş Gəldin Bonusu 600₼-dək 100% Bonus
18+. Bütün istifadə şərtləri qəbul olunur.

22Bet kazinonun istifadəçisi olsanız, başqa bir çox promo-aksiyalardan da faydalana biləcəksiniz. Məsələn, “Günün oyunları”nda oynayaraq, pulsuz fırlatmalar əldə etmə imkanınız var. Qaydalar isə çox bəsitdir: Sadəcə günün xüsusi oyununda tələb olunan şərtləri yerinə yetirin və pulsuz fırlatmaları qazanın. Bununla bərabər, slot oyunlarında oynayaraq, ballar toplaya və nağd mükafatlar qazana bilərsiniz.

22Bet-də idman mərcləri bölümü də oyunçulara xüsusi ilk depozit bonusu təklif edir. Belə ki, burada 250₼-dək olan depozitləriniz üçün 100%-lik idman bonusu əldə edə edə bilərsiniz. Başqa aktiv promo-aksiyalarla isə saytın bonuslar bölməsindən tanış ola bilərsiniz. Ümumilikdə, çox çeşidli onlayn kazino bonusları və promosiyaları üçün 22Bet əvəzolunmaz bir seçimdir.

Ödəniş metodları: Azərbaycandan Güvənli Depozit və Pul Çıxarışı Əməliyyatları

Əgər 22Bet hesabınıza pul artırmaq qərarı vermisinizsə, bir çox üsuldan istifadə etmək imkanınız var. Bank kartları, elektron pulqabıları və Bitkoin başda olmaqla, onlarla kriptovalyutadan istifadə edərək, kazinoya depozit edə bilərsiniz. 22Bet-də oynamağın avantajlarından biri balansızı manatla artıra bilməyinizdir. Lakin istəyənlər USD, Euro, Rubl, Lirə, Yuan və başqa onlarla valyutada oynaya bilər.

Minimum depozitlərə gəlincə, bank kartları üçün bu hazırda 2₼, Skrill üçün 3.83₼ və Neteller üçün 9.58₼ təşkil edir. Siz minimum 0.002 Bitkoinlə də balansınızı artıra bilərsiniz. Əgər bu məbləğ sizin cibinizə uyğun deyilsə, alternativ olaraq, BUSD, USDT, USDC kimi 1$ minimum depozit məbləği təklif edən stabil koinlərdən istifadə edə bilərsiniz.

  • Visa Debit
  • MasterCard
  • Skrill
  • Neteller
  • Bitcoin

22Bet kazinoda pul çıxarma tələbləri olduqca sürətli şəkildə icra edilir. Adətən pul köçürmələri sadəcə 24 saat ərzində, bir çox hallarda bir saatdan az müddətdə tamamlanır. Bu qayda bütün pul çıxarışı üsulları üçün keçərlidir. Pul çıxarışınızı yalnız əvvəl depozit etdiyiniz üsullardan hər hansı biri ilə etməyiniz şərtdir.

Bank kartları ilə sadəcə 2₼ kimi kiçik məbləğ belə saytdan çıxarıla bilər. Skrill ilə minimum 19₼, Neteller ilə 9₼ miqdarında pul vəsaitlərini çıxartmaq olar. Bitkoin üçün minimum çıxarış məbləği isə 0.002 BTC təşkil etməkdədir. Depozitdə olduğu kimi pul çıxarışlarında da daha məqbul məbləğlər üçün başqa kriptovalyutalardan istifadə etmək olar.

22Bet Müştəri Dəstək Xidməti – Canlı Çat, Pulsuz Zəng, E-poçt

22Bet kazinoda müştəri xidmətləri ilə əlaqəyə keçmək çox asandır. Kazinonun 24/7 fəaliyyət göstərən canlı çat xidməti ilə istədiyiniz zaman suallarınıza operativ cavab ala bilərsiniz. Texniki məsələlər bağlı isə yaxşı olar ki, kazinonun e-poçt adresinə yazasınız. İstəyənlər zəng sifarişi verərək də, 22Bet müştəri xidmətləri nümayəndələri ilə əlaqə yarada bilər. Zəng sifarişi verdikdə, onlar özləri ən qısa zamanda sizə zəng edərək, probleminizi həll etmək üçün yardım göstəcəklər. 22Bet Müştəri xidmətlərinin ən yaxşı cəhəti isə bütün operatorların Azərbaycan dilində xidmət göstərməsidir.

Genesis Casino Müştəri Xidmətləri
İş saatları: 24/7
Ən Yaxşı Əlaqə Vasitəsi Pulsuz Geri Zəng Var
Canlı Çat: Var
E-poçt: support-az@22bet.com
Telefon: Pulsuz Geri Zəng
Faks: No
FAQ: Var
Oyunçu Rəyi: Cəld cavab, sürətli həll

Bu əlaqə vasitələri ilə yanaşı, kazinonun “Tez-tez verilən suallar” adlı xüsusi bir bölməsi də var. Tez-tez verilən suallar bölməsində suallar ümumi suallar, ödənişlər, mərclər, 22Bet hesab və bonuslar adlı 5 bölməyə bölünüb. Burada oyunçuların ən çox qarşılaşdıqları problemlərin həll yolları detallı şəkildə gö stərilmişdir. Əlaqəli kateqoriyaya daxil olaraq, siz də müştəri xidmətləri ilə ünsiyyət yaratmadan bir çox suallarınıza cavab tapa bilərsiniz. Amma ehtiyac olduqda müştəri xidmətlərinə müraciət etməkdən çəkinməyin. Mehriban və yardımsevər komanda mümkün olan ən qısa müddətdə probleminizə həll tapacaqdır.

Azərbaycan üçün PlayOJO Təhlükəsizlik Yoxlanışı – Şirkət Məlumatı, Lisenziyalaşdırma, Sertifikatlar

22Bet kazinonun onlayn qumar bazarına daxil olması 2017-ci ilə təsadüf edir. Saytda yazılan məlumatda operatorun Kiprdə qeydiyyata alınmış Tech Solutions şirkəti tərəfindən idarə olunduğu qeyd edilmişdir. Qeyd edək ki, 22Bet onlayn kazino dünyasının ən öndə gələn qumar tənzimləmə orqanlarından biri olan Curaçao Qumar Qurumunun 8048/JAZ nömrəli lisenziyasına sahibdir.

Bununla yanaşı qeyd edilməldir ki, 22Bet başqa bir neçə ölkə tərəfindən də rəsmi qeydiyyata alınmışdır. 22Bet-in güvənliliyini artıran daha bir şey isə onun onlayn qumar saytlarını şəffaflılıq və ədalətlilik baxımından test edən Gaming Labs International tərəfindən sertifikatlaşdırılmasıdır. Bu isə saytda mövcud olan bütün oyunların şəffaflığının yoxlanılmış və təsdiqlənmiş olduğuna dəlalət edir.

  • Curaçao
  • BeGambleAware
  • Gamblers Anonymous
  • GamCare
  • Gambling Therapy
  • İBAS

22Bet kazino Azerbaycan həmçinin, Gamblers Anonymous, GamCare, Gambling Therapy kimi təşkilatlarla əməkdaşlıq edir. Yəni, əgər özünüzdə qumar asılılığı hiss etsəniz, bu Məsuliyyətli Qumar təşkilatlarından yardım ala bilərsiniz. 22Bet kazino oyunçulara istədiklərində özlərini saytdan müvəqqəti (müəyyən bir müddətədək) tərcid etmək imkanı da verir. Bunun üçün sadəcə müştəri xidmətlərinə müraciət etmək yetərlidir.

Yuxarıda qeyd etdiyimiz kimi, 22Bet server və istifadəçi arasında mübadilə edilən bütün məlumatları 256 bit SSL şifrələməsi vasitəsilə qoruma altına alır. Yəni, sayta daxil etdiyiniz bütün məlumatların icazəsiz müdaxilələrdən qorunduğuna əmin ola bilərsiniz. Nəticə olaraq, 22Bet oyunçuların heç nədən narahat olmadan, tam təhlükəsiz bir şəraitdə oynaya biləcəyi güvənli bir kazinodur.

Qanuni Ölkələr

22Bet kazino oyunlarını dünyanın bir çox ölkələrindən oynamaq mümkündür. Hər halda belə gözəl bir onlayn kazinonun bütün dünyadan oyunçuları özünə cəlb etməsi təəccüblü bir şey sayıla bilməz. Bununla belə, bəzi qanun tənzimləmələrindən dolayı 22Bet-in fəaliyyət göstərmədiyi ölkələrin də olduğu qeyd edilməlidir. Aşağıda kazinoya daxil olmağın mümkün olduğu ölkələrin bir qismini görə bilərsiniz.

  • 22Bet Hindistan
  • 22Bet Pakistan
  • 22Bet Danimarka
  • 22Bet İrlandiya
  • 22Bet Kanada

Azərbaycanlı oyunçuların 22Bet kazinonun sadiq müştərisinə çevrilməsi üçün daha bir səbəb kazino saytının Azərbaycancaya tərcümə olunmasıdır. Azərbaycan dilindən əlavə sayt türk, ingilis, rus, ispan, hind, çin, yapon və 45-dən çox başqa dilə tərcümə olunmuşdur. Dillərin tam siyahısı ilə saytın yuxarı sağ küncündəki bayraq ikonasına klikləyərək, tanış ola bilərsiniz.

Araşdırmaçının Rəyi – Azərbaycanlı Oyunçular üçün Ən Yaxşı Onlayn Kazino

Bu 22Bet kazino analizini yazarkən, burada rastlaşdığımız bir çox özəlliklərin bizi heyran etdiyini gördük və buna görə də onu Azərbaycanlı oyunçular üçün ən yaxşı onlayn kazino elan etdik. 22Bet-də hər növ oyunçunu məmnun edə biləcək bir potensiala sahibdir. Onun möhtəşəm bonusları və 24/7 rejimdə çalışan müştəri xidmətləri var. Kazinonun minimum depoziti sadəcə 2AZN-ə bərabərdir. Bir çox kazinodan fərqli olaraq bura kriptovalyutalar ilə depozit etmək mümkündür. Oyunların sayı isə 1000-dən çoxdur. 22Bet-in ən sevilən cəhəti isə onun Azərbaycan dilini dəstəkləməsidir.

Ayxan Səmədov
Redaktor və Azərbaycan Kazino Mütəxəssisi

22Bet kazino Azerbaycanlı oyunçular üçün ən yaxşı onlayn kazinolardan biridir. Bu kazinonun sizə möhtəşəm oyun həzzi yaşadacağına və sizi peşman etməyəcəyinə söz veririk. Qeydiyyatdan keçin və elə indi sınamağa başlayın!

5.00/5

22Bet onlayn kazinonun başqaları ilə müqayisədə hələ qeyd etmədiyimiz daha bir çox üstünlükləri var. Lakin hər gözəlin bir eyibi olduğu kimi, 22Bet-in də bəzi çatışmazlıqları var. Məsələn, deməliyik ki, kazinoda RNG tipli rulet və blackjack oyunlarının artırılmasına ciddi ehtiyac var. 22Bet kazino analizində diqqətimizi çəkən daha bir mənfi detal isə xoş gəldin bonusu üçün şərtlərin bir qədər ağır olması oldu. Bunun xaricində kazinonun başqa ciddi bir çatışmazlığını təsbit etmədik. Dövriyyə şərtindən tamamilə azad olunmuş bir bonus axtarırsınızsa, sizin üçün PlayOjo kazinonu tövsiyə edirik.

22Bet Haqqında Tez-tez Soruşulan Suallar

22Bet haqda hələ də cavabsız qalmış suallarınız var? Əgər belədirsə, aşağıda 22Bet haqda tez-tez soruşulan suallar bölməsinə nəzərə yetirə bilərsiniz. Sizə daha da yardımçı olmaq məqsədi ilə 22Bet kazino ilə bağlı oyunçuları ən çox maraqlandıran sualları topladıq və onları qısa şəkildə cavablandırdıq. Daha spesifik suallar üçün, lütfən, kazinonun müştəri xidmətləri ilə əlaqə saxlayın.

1️⃣ 22Bet Azərbaycandan olan oyunçular üçün qanunidirmi?

Bəli, 22Bet kazino oyunları oynamaq üçün tamamilə güvənli bir məkandır. 22Bet Curaçao tərəfindən lisenziyaşdırılmış və dünyanın bir çox ölkələrində fəaliyyət göstərən tanınmış bir kazino şirkətidir. Bu 22Bet kazino analizimizdə operatorun gördüyü təhlükəsizlik tədbirləri, lisenziyaları və sertifikatları haqda detallı şəkildə məlumat verdik.

2️⃣ Ən yaxşı 22Bet kazino oyunları hansılardır?

Düzünü desək, ən yaxşı 22Bet kazino oyunlarının hansı olduğuna qərar vermək bizim üçün çətindir. Çünki kazinoda 30-a qədər provayderdən toplamda 1400-dən çox oyun mövcuddur. Özünüz onları yoxlayaraq, hansının daha yaxşı olduğuna qərar verə bilərsiniz. Ancaq ümumi olaraq 22Bet-in canlı kazino oyunlarının daha çox cəlbedici olduğunu deyə bilərik.

3️⃣ 22Bet bonusunu necə əldə edə bilərəm?

Bu kazinoda qeydiyyatdan keçdikdə ilk depozitinizdə 600AZN-dək 100% bonus məbləği əldə etmək imkanınız var. Bu 22Bet xoş gəldin bonusunu əldə etmək üçün minimum 2AZN depozit etməyiniz lazımdır. Depozit etdikdən dərhal sonra bonus məbləği avtomatik şəkildə hesabınıza köçəcəkdir. 22Bet-də bonus əldə etmək prosesi bu qədər sadədir.

4️⃣ 22Bet kazinonun ödəniş etməyi nə qədər vaxt aparır?

22Bet Azerbaycanda ən sürətli ödəniş edən onlayn kazinolardan biridir. Burada pul çıxarışı tələbiniz sadəcə 24 saatdan az müddətdə yerinə yetirilir. Bəzən bu müddət 1 saatdan belə daha qısa ola bilir. Unutmayın ki, 22Bet kazinodan pul çıxarışının yalnız əvvəllər depozit etdiyiniz 22Bet ödəniş üsullarından biri ilə edə bilərsiniz.

5️⃣ 22Bet kazino yaxşıdırmı?

Bu 22Bet kazino analizinin nəticə qismində də vurğuladığımız kimi, bizə görə 22Bet Azərbaycanın ən yaxşı onlayn kazinolarından biri, bəlkə də elə birincisidir. Minlərlə oyundan formalaşan möhtəşəm oyun kataloqu, çoxlu promo-aksiyalar, mükəmməl müştəri xidmətləri və intuitiv interfeys ilə 22Bet sizə əsl qumar həzzi yaşadacaq.

6️⃣ Mən 22Bet-də Evolution Gaming oyunlarını oynaya bilərəmmi?

22Bet-in canlı kazino bölməsindəki oyunların çoxu məhz Evolution Gaming oyun yaradıcısına aiddir. Ligthning Roulette, Ligthning Blackjack, Crazy Time, Dream Catcher və başqa bir çox sevilən Evolution Gaming məhsulunu bu möhtəşəm kazinoda tapa bilərsiniz. Bununla yanaşı, canlı kazino həvəskarları 22Bet provayderləri arasında Ezugi, Pragmatic Play, Vivo Gaming və başqa məşhur isimlərə rast gələ bilərlər.

7️⃣ 22Bet-də slotları necə oynaya bilərəm?

Əvvəlcə slotlar bölməsinə gedin və istədiyiniz oyunu seçin. Əgər yeni bir şey axtarırsınızsa, slot kateqoriyalarına daxil olaraq, özünüzə uyğun birini tapa bilərsiniz. 1000-ə yaxın oyundan formalaşan 22Bet kazino slotları kolleksiyası arasında hökmən istəyinizə uyğun oyun olacaqdır. Oyun tapdıqdan sonra mərc miqdarını yerləşdirib, dərhal oynamağa başlaya bilərsiniz. Ancaq birinci dəfə oynayırsınızsa, əvvəlcə demo versiyada sınayıb, oyuna bələd olmağınız tövsiyə olunandır.

8️⃣ 22Bet-də blackjack oynaya bilərəmmi?

Bəli, kazinoda blackjack oyunları oynaya bilərsiniz. 22Bet kazinoda video blackjack oyunlarının sayının çox olduğu deyilə bilməz. 22Bet masa oyunları içərisində sadəcə Blackjack Switch, 21 kimi məhud sayda bir neçə blackjack oyunu mövcuddur. Ancaq canlı blackjack oyunları üçün vəziyyət tam tərsinədir. Burada canlı blackjack üçün 150-dən çox oyun təklif olunmaqdadır.

9️⃣ 22Bet kriptovalyutaları ödəniş üsulu kimi qəbul edirmi?

Bəli, 22Bet-də depozit və pul çıxarışı əməliyyatlarınızda Bitkoin və başqa bir çox kriptovalyutalardan istifadə edə bilərsiniz. Əgər pulunuzu qiymət dəyişikliklərindən sığortalamaq istəyirsinizsə, stabil koinlər seçməyiniz daha tövsiyə olunandır. Qeyd edək ki, k riptovalyutalarla minimum depozit və pul çıxarışı tələbi də 22Bet ödəniş üsulları arasında ən münasib olanlardandır.

🔟 22Bet kazino oyunlarını mobil telefonda oynaya bilərəmmi?

22Bet-də mövcud olan oyunların 800-dən çoxunu mobil telefonlardan oynamaq mümkündür. Oyunları saytın mobil versiyası üzərindən heç bir yükləmə etmədən dərhal oynamağa başlaya bilərsiniz. 22Bet-in həmçinin yaxşı optimizasiya edilmiş mobil tətbiqləri də mövcuddur. Bu 22Bet mobil tətbiqləri də veb-sayt kimi Azərbaycan dilinə tərcümə olunmuşdur.